Göstərir uzanan dilsiz yolları / Semed Vurgun

0
723

Göstərir uzanan dilsiz yolları… (Azerbaycan Halk Şairi Semed Vurgun’un “26’lar” poemasından bir bölüm)

Gönderen, Aybeniz Ünal 

 

Bakının dərdi var, Bakı xəstədir,

Könül intizarda, göz yol üstədir…

Soyuq divarlarda güllə nişanı.

Didir, parçalayır, insan insanı.

Burda döngələrin yeri darısqal.

Oturmuş palanın üstündə hambal,

Dərin fikirlərə qərq olmuş yazıq,

Dincəlmək istəyir o da azacıq.

Şahların qızdığı qorxunc bir zaman,

Atıb külfətini gəlmiş İrandan;

Bir çörək puludur onun arzusu.

Bulanmış hambalın gözlərində su,

Alnının qatları qırış-qırışdır.

Onun gözlərində bahar da qışdır…

Bükülümüş belinin donqarı vardır,

Onun barmaqları qabar-qabardır;

Görünür ovcunda kəndin izləri

Çırıq şalvarından çıxmış dizləri.

Başında bir kirli, bir əski təsək,

Dünaydan qazancı bir budur desək,

Tarix utanmazmı yaratdığından,

Dönüb keçmişinə baxmazmı İran?

Hələlik bir yanda qalsın bu sual…

Oturmuş palanın üstündə hambal,

Dərin fikirlərə qərq olmuş yazıq,

Dincəlmək istəyir o da azacıq.

Arabir silərək alın tərini,

Açır həaytının qəm dəftərini…

Gəlir xəyalının önünə bəzən

Ətəkdən, divardan yapışıb gəzən

Günahsız bir körpə…

Düşkün bir qarı

Gözləyir uzanan dilsiz yolları…

Həyat çoxlarına bir intizardır,

Həyatın nə yaman günləri vardır.

Əlində körpəni oynadır qarı,

Göstərir uzanan dilsiz yolları;

“Ağlama, can bala, qayıdar atan,

Rəhm edər bizə də bizi yaradan.

Bizim də bolluca ağcamız olar,

Qapımız, bağımız, bağçamız olar;

Güllü don tikərəm alıb geyərsən,

Sən də şirin-şirin qoğal yeyərsən”

Oturmuş palanın üstündə hambal,

Baldan şirin gəlir ona bu xəyal…

Alır qəlyanını gülümsəyərək,

Yoxulluq içində böyük bir ürək

Döyünür, döyünür…

Bu dəmdə birdən

Yazıq bir top kimi qalxıb yerindən,

Qıvrıla-qıvrıla dəyir daşlara;

Çaxnaşır aralıq, qarışıq ara…

Nə olmuş? Nə imiş hambalın suçu?

Burdan təsadüfən keçən bir qoçu

Sınamaq istəmiş öz nağanını,

Yurdsuz bir insanın tökmüş qanını…

Əlində körpəni oynadır qarı.